» » Penitensiar Xidmətdən “Lotu Quli” ilə bağlı rəsmi - Açıqlama

Penitensiar Xidmətdən “Lotu Quli” ilə bağlı rəsmi - Açıqlama

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Penitensiar Xidmətdən “Lotu Quli” ilə bağlı rəsmi - Açıqlama
Penitensiar Xidmətdən “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun azadlığa buraxılmağı ilə bağlı xəbərlərə münasibət bildirilib.

“Xalqinfo”nun Modern.az-a istinadən verdiyi xəbərə görə, Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Mehman Sadıqov məhkumun özü, yerini dəyişməsi yaxud azadlığa buraxılması ilə bağlı məlumatın yalnız ailə üzvlərinə və yaxınlarına verilə biləcəyini bildirib.

“Onun istəyi olarsa, vəkili vasitəsilə ictimaiyyətə açıqlanar. Bir də ki, biz hər boş yazılan məlumatı şərh etmək məcburiyyətində deyilik”, - deyə M. Sadıqov söyləyib.

Xatırladaq ki, “Lotu Quli” 1972-ci il avqustun 28-də Gürcüstanın Dmanisi rayonunda andan olub. 1996-cı ildə Azərbaycanda həbs olunub və 15 il müddətinə azadlıqdan məhrum edilib. 2000-ci ildə gürcü və yezidi avtoritetlər tərəfindən 27 yaşlı Səlifova “qanuni oğru” adı verilib. O, 2005-ci ildə məhkəmə tərəfindən daha 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət aləmində nüfuzlu azərbaycanlı avtoritetlərdən sayılan “Lotu Quli” Rafiq Masallinski, Emin Hacıqabulski və Georgi Uqlavanın “oğru tacını” əlindən alıb. Eyni zamanda, həbsxanada olmasına baxmayaraq, Rafət Əlibayramlinskinin “oğru” adını aldığı “sxodka”larda Skaype vasitəsilə iştirak edib.

Nadir Səlifov 2021-ci ildə azadlığa çıxmalıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler