» » Anası oğlu üçün narkotik gətirdi

Anası oğlu üçün narkotik gətirdi

Bölmə: Kriminal
Anası oğlu üçün narkotik gətirdi Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 7 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.
“qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 177.3.3; 66.3 və 67-ci maddələrinə əsasən azadlıqdan məhrum edilən məhkum Mayıl Şərafəddin oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anasının üzərinə baxış keçirilib.

Ağsu rayonu, Pirhəsənli kəndində yaşayan vətəndaş Əsmarə Barat qızı İsmayılovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman, əl çantasında olan saç üçün rezinin içərisində gümüşü kağıza bükülərək gizlədilən 4,153 qram narkotik maddə - həşiş qətranı aşkar edilərək götürülüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler