» » Generalın əmisi oğluna 12 il həbs verildi

Generalın əmisi oğluna 12 il həbs verildi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Generalın əmisi oğluna 12 il həbs verildi
2014-cü ildə“Dağ yəhudiləri” dini icmasının evindən quldurluqla külli miqdarda pul əldə edilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilənlər barədə qərar verilib.

Xalqinfo.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, ittihama görə, Eldar Avadyayev 2014-cü ilin 6 dekabr tarixində “Dağ yahudi”ləri dini icmasının sədri Quba rayonu, Qırmızı qəsəbə sakini Boris Simanduyevin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə Xalid Seyidov, Coşqun Əliyev, Türkanə Rəhmanova ilə əlbir olublar.

Onlar balta və bıçaqla silahlanaraq tanınmamaları üçün maska taxaraq həmin gün səhər saat 07 radələrində Xalid Seyidovun “İnfiniti” markalı avtomobili ilə Boris Sumanduyevin evinin qarşısına gəliblər.

Onlar evə daxil olaraq ev sahibini və bacısı Liza Simanduyevanı döyərək xəsarət yetiriblər. L.Simanduyeva basqınçılara müqavimət göstərərkən Coşqun Əliyev onu bıçaqlayıb. Bundan sonra özləri ilə gətirdikləri skotçla hər iki şəxsin əllərini və ağızlarını bağlayıb evi axtarmağa başlayıblar.

Generalın əmisi oğluna 12 il həbs verildi

Boris Simanduyev

E.Avadyayev Qırmızı qəsəbədə yerləşən Sinaqoqda 20 min manat pul olduğunu öyrəndikdən sonra oranın açarlarını Borisdən alaraq Türkanə ilə birgə Sinqaqoqa gedib. Amma bir neçə dəfə cəhd etməsinə baxmayaraq oranın qapısını aça bilməyib. Eldar və Türkanə Sinaqoqdakı pulu götürə bilməyib təkrar evə qayıdıblar. Eldar evin mətbəxindəki seyfin qapısını balta ilə sındıraraq içərisindəki 395 min dollar, 91 600 manat və 28 min rubl pulu və müxtəlif sayda qızıl-zinət əşyalarını, qol saatlarını, qızıl sikkələrini götürüblər. Sonra isə pulu və qızılları saxlaması üçün Goranboy rayonunda yaşayan Əfqan İbrahimova veriblər.

Hadisə baş verən gün Quba RPŞ-də Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə cinayət işi açılıb. Adıkeçən şəxslər bu iş üzrə təqsirləndirilərək həbs ediliblər.

Ə.İbrahimovun vəkili Cavid Rzazadə istintaqa vəsatət verərək bildirib ki, müvəkkilinin cinayətə heç bir aidiyyatı yoxdur: “Belə ki, Əfqan İbrahimov digər təqsirləndirilən şəxslərdən yalnız Eldar Avadyayevi tanıyıb, nə cinayətin törədildiyi vaxt, nə də ki, ondan əvvəl hadisənin baş verdiyi Quba rayonu ərazisində olub. Sadəcə dekabrın 6-da Eldar ona zəng vuraraq üzərində pul olduğunu, saxlamaq üçün ona vermək istədiyini deyib. O bildirib ki, gətirdiyi 160.000 ABŞ dollar nənəsi və xalasının evlərini satıb əldə etdiyi puldur, bir ovuc qızıl isə nənəsinə, xalasına və anasına məxsusdur”.

Generalın əmisi oğluna 12 il həbs verildi

Türkanə Rəhmanova

Vəkil bunları əsas gətirərək Ə.İbrahimovun cinayətdə iştirak etmədiyini və ümumiyyətlə, hadisə barədə məlumatsız olduğunu əsas gətirərək onun barəsində cinayət təqibinə xitam verilməsini istəyib.

İstintaq və məhkəmə orqanı bu vəsatəti təmin etməsə də, müstəntiq sonradan Ə.İbrahimovun cəzasını yüngülləşdirməyə qərar verib. Belə ki, onun ittiham edildiyi quldurluq maddəsinin iki bəndi cinayəti bilib gizlətmək maddəsinə tövsif edilib və Ə.İbrahimov sərbəst buraxılıb.

Üç ay sonra isə Ə.İbrahimovun bu cinayətdə günahı olmadığı üzə çıxıb və müstəntiq Nazim Səmədov onun barəsindəki cinayət təqibinə bəraətverici əsaslarla xitam verib.

Türkanə Rəhmanovanın əməli isə cinayəti bilib gizlətmə maddəsinə tövsif edilib, o ev dustaqlığıan buraxılıb. Sonra isə məhkəmədə cərimə ilə cəzalandırılıb.

Digər təqsirləndirilən 3 nəfər – Coşqun Əliyev, Eldar Avadyayev və Xalid Seyidovun cinayət işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsinə baxılıb və Xalid Seyidov 12 il, Eldar Avadyayev 14 il, Coşqun Əliyev isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Xalid Seyidov mayor rütbəsi daşıyır və Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində şöbə rəisi işləyib. Onun atası Adil Seyidov bir neçə rayonda hakim olub.

X.Seyidov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, general Mirqafar Seyidovun əmisi oğludur.

Generalın əmisi oğluna 12 il həbs verildi
Generalın əmisi oğluna 12 il həbs verildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler