» » Bakıdan İsrailə fındıq göndərcəkdi, həbs edildi-

Bakıdan İsrailə fındıq göndərcəkdi, həbs edildi- dələduzluq işi

Bölmə: Kriminal
 Bakıdan İsrailə fındıq göndərcəkdi, həbs edildi-
Bakıda İsrail vətəndaşına qarşı dələduzluq etməkdə təqdirləndirilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Abbasov Natiq Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası baş tutub.

Hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Rafael Həsənov ifadə verib.

O bildirib ki, N.Abbasov xaricdən maşın və maşın şüşəsi gətirmək adı ilə ondan əvvəl 7500 avro, daha sonra 1000 manat pul alıb.

O deyib ki, pulundan heç nə qaytarılmayıb: "Mənə həmin puldan heç nə qaytarmadı. Sonra məni Gürcüstana çağırdı, orada telefonumu açmadı. 20 gün Tiflisdə məni saxladı, buna görə də ürək xəstəsi olmuşam".

N.Abbasov R.Həsənov epizodu üzrə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Rafael pulu Elgizdən alıb. Gələn mənə "atıb". Hətta vəkilim də mənə 1000 manat pul "atıb". Bəs mən sözümü kimə deyim?".

Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, Natiq Abbasov İsrail vətəndaşı Ramil Rauf oğlu Bəşirzadəyə qarşı dələduzluq etməkdə ittiham edilir.

Məlumata görə R.Bəşirzadə Azərbaycandan İsrailə satmaq üçün fındıq aparmaq istəyib. Bu məqsədlə 2015-ci ildə Bakı şəhər sakini Natiq Abbas oğlu Abbasovla ticarət əlaqəsinə girib. Tərəflər arasında əldə olunmuş razılığa əsasən, R. Bəşirzadə N. Abbasova İsraildən bank vasitəsi ilə 65 min dollar göndərib, N. Abbasov isə pulun qarşılığında fındıq göndərəcəyinə söz verib. R.Bəşirzadə pulun qalan hissəsini fındıq İsrailə çatdıqdan sonra göndərəcəyini bildirib. Lakin N.Abbasov vədinə əməl etməyib.

Zərərçəkmişin şikayəti əsasında həbs edilən N.Abbasov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Bu iş üzrə başqa zərərçəkmiş şəxslər də var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler