» » Balakəndə bıçaqlanma hadisəsi baş verib -

Balakəndə bıçaqlanma hadisəsi baş verib - FOTO

Bölmə: Kriminal
Balakəndə bıçaqlanma hadisəsi baş verib - Balakən rayonunda 38 yaşlı kişi bıçaqlanıb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Tülü kənd sakini, 1976-cı il təvəllüdlü Akif Camal oğlu Bayramov qarın boşluğunun kəsilmiş və daxilə nüfuz edən bıçaq yarası ilə xəstəxanaya daxil olub. Akif Bayramovun üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.
Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler