» » Məşhur müğənninin atası ömürlük cəza aldı

Məşhur müğənninin atası ömürlük cəza aldı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Məşhur müğənninin atası ömürlük cəza aldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını və baldızı qızını öldürməkdə təqsirləndirilən Qurban Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Q.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2017-ci il martın 24-də Abşeron rayonu Saray qəsəbəsində baş verib. Qurban Hüseynov həyat yoldaşı, 54 yaşlı Hüseynova Fəraiz Zakir və baldızı qızı 18 yaşlı Amur-Təbrizi Rəhilə Əsgər qızını küt alətlə qətlə yetirib. O, hər iki şəxsi idmanda istifadə olunan daşla (qantellə) vuraraq qətlə yetirib.

Q.Hüseynov "N Brother" qrupunun üzvü İsmayıl Hüseynovun atasıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler