» » Azərbaycanda dəhşətli qətl - oğul ata və anasını... + Yenilənib

Azərbaycanda dəhşətli qətl - oğul ata və anasını... + Yenilənib

Bölmə: Kriminal, MANŞET
Azərbaycanda dəhşətli qətl - oğul ata və anasını... + Yenilənib
Gədəbəy rayonunda dəhşətli qətl törədilib.

Xalqinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbəır verir ki, sentyabrın 21-də Gədəbəy rayonunun Qurudərə kəndində yaşayan Şöhrət Məsimov evində ailə-məişət münaqişəsi zəminində atası Mikayılı və anası Aynanı bıçaqla qətlə yetirib hadisə yerini tərk edib.

Faktla əlaqədar cinayət işi başlanıb.

***

Gədəbəy rayonunda baş verən dəhşətli qətlin bəzi təfərrüatı məlum olub.

"Report"un Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qurudərə kəndində baş verib.

Belə ki, hadisəni törədən Şöhrət Məsimov ailəsi ilə birgə Bakı şəhərində yaşayırmış, o bir neçə gün əvvəl kəndə valideynlərini görməyə gəlib. Sentyabrın 21-i isə hələlik məlum olmayan səbəblərdən atası, 1931-ci il təvəllüdlü Məsimov Mikayıl Yusif oğlu, anası 1938-ci il təvəllüdlü Məsimova Ayna Hüseyn qızını qətlə yetirib və qaçıb.

Həmin vaxt onun qardaşının yoldaşı və iki uşağı da evdə olub, onlar bağda olduqları üçün hadisəni görməyib. Kişinin meyiti evdə kürəyindən bıçaqlanmış halda, qadının meyiti isə həyətdə alma ağacının altında aşkarlanıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Deyilənən görə, Ş.Məsimov spirtli içki düşkünü olub.

Hazırda onun axtarışları davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler