» » 100 manat oğurladı,7 il həbs cəzası aldı

100 manat oğurladı,7 il həbs cəzası aldı

Bölmə: Kriminal
100 manat oğurladı,7 il həbs cəzası aldı Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən İlkin Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İlkin Bayramov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ.Bayramov oğurluq əməllərində təqsirli bilinib. O, 2013-cü il dekabrın 8-də, Elmlər Akademiyası metrostansiyasında Nərgiz Zeynalovanın əl çantasından 54 manat, 50 ABŞ dolları və şəxsi sənədlərini oğurlayarkən Bakı şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən yaxalanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler