» » 57 yaşlı qadın arabadan yıxılaraq öldü-

57 yaşlı qadın arabadan yıxılaraq öldü- Tovuzda

Bölmə: Kriminal
57 yaşlı qadın arabadan yıxılaraq öldü-Tovuzda 57 yaşlı qadın arabadan yıxılaraq ölüb.

“qafqazinfo” xəbər verir ki, Tovuz rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Xatınlı kəndi ərazisində, Kür çayına gedən yolda baş verib.

Bədbəxt hadisə Xatınlı kənd sakini, 1979-cu il təvəllüdlü İlham Əhmədov at arabası ilə Qaraxanlı kənd sakini, 1957-ci il təvəllüdlü Zöhrə Niftəliyevanı qonşuluqda olan fermaya aparan zaman baş verib. Qadın arabadan düşmək istəyərkən yıxılıb və arabanın təkərinin altında qalaraq ölüb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler