» » Baş həkimin oğlu “Lexus”la adam öldürdü

Baş həkimin oğlu “Lexus”la adam öldürdü

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Baş həkimin oğlu “Lexus”la adam öldürdü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

“Xalqinfo” Lent.az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda "Lexus" markalı, 90 SD 908 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 30 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Report-un yazdığına görə, maşının sürücüsü Mehdizadə Toğrul Nizami oğlu olub. T.Mehdizadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehdizadənin oğludur. N.Mehdizadə baş həkim vəzifəsinə bu ilin iyun ayında təyin edilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanılıb və sürücü saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler