Goranboyda ağır yol qəzasında 7 nəfər xəsarət alıb - SiyahıBölmə: Kriminal
Goranboy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, rayonun Abbasqulular kəndində qeydə alınan qəzada 7 nəfər xəsarət alıb. Belə ki, 1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfovun idarə etdiyi "VAZ-2015" markalı avtomobil qarşı tərəfdən gələn, Goranboy rayon sakini, 1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü və "Mercedes" markalı maşında olan sürücünün ailə üzvləri xəsarət alıblar. Yaralılar: 1951-ci il təvəllüdlü Eldar Hüseyn oğlu Xəlilov, 1980-ci il təvəllüdlü Elnarə Sərdar qızı Xəlilova, 2005-ci il təvəllüdlü Gülşanə Eldar qızı Xəlilzadə, 2011-ci il təvəllüdlü Cəsur Eldar oğlu Xəlilzadə, 1971-ci il təvəllüdlü Aybəniz Fabrəddin qızı Nəbiyeva, 1973- cil təvəllüdlü Razim Nəcəfqulu oğlu Nəcəfov, 1957-ci il təvəllüdlü Kifayət Səfər qızı Qasımlı Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|