» » Abşeron rayonunda tapılan 2 cəsədin kimliyi məlum oldu -

Abşeron rayonunda tapılan 2 cəsədin kimliyi məlum oldu - Təfərrüat

Bölmə: Kriminal
Abşeron rayonunda tapılan 2 cəsədin kimliyi məlum oldu -
Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılmış və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir.

Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətlərindən Xalqinfo.az xəbər portalına daxil olan məlumata görə, cari il sentyabrın 9-da Bakı-Şamaxı magistral yolunun 10-cu kilometrliyində, Sulutəpə dairəsində üzərlərində müxtəlif dərəcəli zorakı xəsarətlər olan kişi və qadın meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış ilkin araşdırmalarla meyiti tapılan şəxslərin Qaradağ rayonunun Müşfiq qəsəbə sakinləri - Allahverdi Əsədov və qızı Samirə Əsədova olmaları müəyyən edilmişdir.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilmişdir.

Prokurorluq və polis orqanları əməkdaşlarının birgə həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, S.Əsədova ilə qeyri rəsmi nikah münasibətlərində olan Sahib Hacıyev tutularaq istintaqa cəlb olunmuşdur.

İstintaqla müəyyən edilmişdir ki, S.Hacıyev sentyabrın 9-da idarə etdiyi “Mercedes-Benz” markalı avtomobili ilə A.Əsədovun idarə etdiyi “VAZ 2107” markalı avtomobili təqib etdikdən sonra S.Əsədovanın maşına oturmasının qarşısını almaq üçün avtomobilini A.Əsədovun avtomobilinin arxasına qəsdən vurmuşdur. Sonra avtomobildə gəzdirdiyi mətbəx bıçağı ilə əvvəlcə S.Əsədovaya, sonra isə A.Əsədova bir neçə bıçaq zərbəsi vuraraq hadisə yerini tərk etmişdir. Hər iki şəxs aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat etmişlər.

S.Hacıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler