» » Bakıda iki mənzildə meyit tapılıb

Bakıda iki mənzildə meyit tapılıb

Bölmə: Kriminal
Bakıda iki mənzildə meyit tapılıb

FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub
.

APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1961-ci il təvəllüdlü Həbibov İzzətulla Qəzənfər oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa, qeyd olunan quruma paytaxtın Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler