» » Suraxanıda hissələrə bölünən meyitin başı tapıldı

Suraxanıda hissələrə bölünən meyitin başı tapıldı

Bölmə: Kriminal
Suraxanıda hissələrə bölünən meyitin başı tapıldı
Suraxanı rayonunda vəhşicəsinə törədilmiş qətllə bağlı yaradılmış əməliyyat-istintaq qrupu, sentyabrın 5-də doğranmış cəsədi aşkar edilən şəxsin kəsilmiş başını və ayaqlarını tapıb.

"Xalqinfo" xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Suraxanı rayon hüquq-mühafizə orqanlarından məlumat verilib.

Kriminalistlər kəsilmiş başı və ayaqları "Azərsu" ASC-nin Hövsan Aerasiya Stansiyasının yaxınlığında bu gün səhər aşkar ediblər.

Qətlə yetirilmiş şəxsin bədəni də bundan əvvəl həmin ərazidə aşkarlanmışdı. Onun bədənində — bel, sinə, bud və qarnında dörd güllə yeri aşkar edilib. Güllələr yaxın məsafədən atılıb, ancaq gilizlər tapılmadığından silahın tipini müəyyən etmək mümkün olmayıb.

Belə görünür ki, qətli törədənlər şəxsi güllələdikdən sonra onun meyitini doğrayaraq kanalizasiya kollektoruna atıblar. Qətlin haradasa şəhərdən kənarda, kimsəsiz yerdə törədildiyi ehtimal edilir.

Hüquq mühafizəçiləri bildiriblər ki, şəxsin kəsilmiş başı onun kimliyini müəyyən etməyə imkan verəcək vəziyyətdədir. Lakin hələlik vəhşicəsinə öldürülmüş kişinin şəxsiyyəti müəyyən olunmayb. Eyni zamanda, onun kəsilmiş qolları da hələ tapılmayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və istintaqın davam etdirilməsi Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler