» » 1.5 milyonluq oğurluqdakı sonuncu adam məhkəməyə çıxarıldı

1.5 milyonluq oğurluqdakı sonuncu adam məhkəməyə çıxarıldı

Bölmə: Kriminal
1.5 milyonluq oğurluqdakı sonuncu adam məhkəməyə çıxarıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Binə” ticarət mərkəzinin keçmiş sahibinin qardaşını oğurlayaraq pul tələb etməkdə təqsirləndirilən dəstənin üzvü Məzahir Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə oğurlanan Tofiq Hüseynovun məhkəməyə gəlmək istəmədiyi bəlli olub.

T.Hüseynov teleqram vuraraq səhhətinin yaxşı olmadığını, yataq xəstəsi olduğu üçün məhkəməyə gələ bilmədiyini bildirib. O, M.Süleymanovdan heç bir şikayəti olmadığını da qeyd edib.

M.Süleymanovun vəkili isə vəsatət verərək zərərçəkmiş T.Hüseynovun iştirakını tələb edib. Məhkəmə onun vəsatətini təmin edib.

Proses sentyabrın 19-da davam etdiriləcək.

İttihama görə, M.Süleymanovun da üzvü olduğu dəstə 1999-cu ildə Bakı şəhər sakini T.Hüseynovun oğurlanmasını və ailə üzvlərindən külli miqdarda pul tələb edilməsi planını hazırlayıb. Planı quran dəstənin əsas üzvləri həmin zaman həbsdə olublar.

Dəstənin əsas üzvləri - Balaqardaş Dadaşov, Füzuli Yəhyayev, Mübariz Azayev, Sərdar Əsədullayev başqa şəxsləri də cəlb edərək sabit silahlı qrup təşkil ediblər. Ülfət Xuduyevin təşkilatçılığı ilə Müslüm Yəhyayev, İlham Almasov, Yaşar Cəfərov, Abil Qasımov, Tanrıverdi Süleymanov, Vidadi Qasımov, Nizami Qasımov, Elyar Həsənov və Elxan Məmmədov da dəstəyə əlavə üzvlər kimi daxil olublar.

Məmmədmirzə Hüseynovun qardaşı T.Hüseynov maşınından oğurlanarkən başına küt alətlərlə zərbələr endirilib, bir neçə bıçaq zərbəsi də alıb. Onun əllərini və ayaqlarını bağlayan dəstə üzvləri T.Hüseynovu Vidadi və Nizami Qasımov qardaşlarının yaşadığı Keşlə qəsəbindəki evə gətiriblər. 13 gün müddətində bu ünvanda saxlanılan T.Hüseynovun səhhəti ilə maraqlanmaq üçün cərrah işləyən Sahib Hüseynov da həmin ünvana gətirilib. Ona tibbi yardım göstərilib. M.Süleymanov və dəstənin digər üzvləri qeyd edilən ünvanda oğurlanan T.Hüseynovun keşiyini çəkiblər.

M.Hüseynovdan qardaşının sağ qalması və sərbəst buraxılması üçün 1 milyon 500 min dollar pul tələb edilib.

M.Süleymanov həmin zaman istintaqdan yayınıb və ölkə xaricinə qaçıb. On səkkiz ildən sonra isə o, həbs edilib. Digər üzvlər isə elə həmin zaman cəzalandırılıb.

Xatırladaq ki, dəstə başçılarından biri olan kriminal aləmdə “Nardaranlı Bala” ləqəbi ilə tanınan Balaqardaş Dadaşovdur. Qardaşı oğurlanan M.Hüseynov isə o zaman “Binə” yarmarkasının sahiblərindən biri olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler