» » Prokurorluq başı kəsilmiş meyitin fotosunu yaydı

Prokurorluq başı kəsilmiş meyitin fotosunu yaydı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Prokurorluq başı kəsilmiş meyitin fotosunu yaydı
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu Suraxanı rayonunda hissələrə bölünmüş şəxsin kimiliyini müəyyən etmək üçün ictimaiyyətə müraciət edib.

Xalqinfo.az-ın verdiyi xəbərə görə, sentyabrın 5-də Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində hissələrə parçalanmış naməlum kişi cəsədin aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cəsədin baş hissəsinin fotoşəkli təqdim edilməklə həmin şəxsi tanıyanlardan ərazi polis orqanlarına və ya Bakı şəhər prokurorluğunun (012) 498-11-85 və (012) 498-10-54 nömrəli telefonlarına zəng edərək məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, meyitin başı, qollar və ayaqları bədəndən kəsilərək ayrılıb. Qətlə yetirilən şəxsin baş nahiyəsi bir neçə gün sonra tapılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler