» » Vahid Mustafayevə 34 min “atan” hamilə qadın həbs olundu

Vahid Mustafayevə 34 min “atan” hamilə qadın həbs olundu

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Vahid Mustafayevə 34 min “atan” hamilə qadın həbs olundu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbinə Əsgərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo.az APA-ya istinadən verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə S.Əsgərova 8 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə həbs edilməyən S.Əsgərovanın məhkəmə zalındaca qollarına qandal vurulub.

Məlum olub ki, bu gün 8 illik həbsə göndərilən S.Əsgərova hamilədir.

İttihama görə, Səbinə Əsgərova “ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə məxsus “VMF” şirkətinin 34 min manatını dələduzluq yolu ilə mənimsəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler