» » Lənkəranda uşaq evində bıçaqlanma

Lənkəranda uşaq evində bıçaqlanma

Bölmə: Kriminal
Lənkəranda uşaq evində bıçaqlanma
Bu gün axşam saatlarında Lənkəranda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az "Report"a istinadən xəbər verir ki, insident Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində qeydə alınıb.

Uşaq evinin sakini olan 16 yaşlı Abdullayev Emil Tofiq oğlunun eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı digər bir yoldaşı tərəfindən bıçaqlandığı söylənilir. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan E.Abdullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yeniyetmənin vəziyyəti stabildir.

Hadisəni törətməkdə şübhəli bilinən digər yeniyetmə istintaqa cəlb edilib. İnsidentin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler