» » 9 ay əvvəl mağazadan 35 min manat oğurlayan tutuldu

9 ay əvvəl mağazadan 35 min manat oğurlayan tutuldu

Bölmə: Kriminal
9 ay əvvəl mağazadan 35 min manat oğurlayan tutuldu
Abşeronda 9 ay əvvəl mağazadan oğurluq etmiş şəxs tutulub.

Bu haqda Xalqinfo.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə əsasən məlumat verir.

Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvarın 16-da rayon ərazisindəki mağazalardan birindən 35.000 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Qadir Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler