» » Aeroport yolunda ağır yol qəzası baş verib- "Xalqinfo"hadisə yerində

Aeroport yolunda ağır yol qəzası baş verib- "Xalqinfo"hadisə yerində

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Aeroport yolunda ağır yol qəzası baş verib- "Xalqinfo"hadisə yerində

Xalqinfo.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.

“Mercedes” markalı avtomobilin yanacağı bitib. Sürücü maşını yolun hərəkətdə olan hissəsində saxlayaraq yanacaq almaq üçün yanacaqdoldurma məntəqəsinə yollanıb.

Bu vaxt arxadan gələn “KİA” markalı avtomobil yolda hərəkətsiz dayanan “Mercedes”ə çırpılıb, ardınca isə “London taksi”sinin sürücüsü idarəetməni itirərək maşını “KİA”-ya çırpıb.

Hadisə nəticəsində “KİA”da olan bir nəfər ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Hazırda hava limanı avtomagistralında sürət həddi 60 km/saata endirilib. Yolun 1-ci, 2-ci və 3-cü zolağında nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler