» » Bakıda oğruların müdhiş planı -

Bakıda oğruların müdhiş planı - Cinayətin üstü açıldı

Bölmə: Kriminal
Bakıda oğruların müdhiş planı -
Bakının Nərimanov rayonunda evdən oğurluq edilib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Vüqar Məmmədov evindən oğurluq edilməsi barədə Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edib. O, ərizəsində avqustun 20-dən 27-dək evdə olmadığı müddətdə mənzilinə naməlum şəxs və ya şəxslərin daxil olduğunu və seyfdə saxladığı külli miqdarda qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri - Fəxri Nərimanlı, Nurlan Məmmədov və zərərçəkənin qohumu Qara Məmmədov yaxalanıblar.

Məlumata görə, mənzilə dəstə üzvləri F.Nərimanlı və N.Məmmədov daxil olub. Hadisədən sonra onlar dəstənin digər üzvü Q.Məmmədovla görüşüblər.

Q.Məmmədov oğurlanan qızılları öz şəxsiyyət vəsiqəsi ilə Nəsimi rayonu ərazisində yerləşən lombard və ticarət mərkəzlərindən birində satıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler