» » Ər arvadını və qayınatasını bıçaqladı -

Ər arvadını və qayınatasını bıçaqladı - Gəncədə

Bölmə: Kriminal
Ər arvadını və qayınatasını bıçaqladı -
Gəncədə qadın bıçaqlanıb.

“Xalqinfo” APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1975-ci il təvəllüdlü Fərqanə Bayramova döş qəfəsinin və qulağın kəsilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Qadının vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb. F. Bayramovanın işləməsinə etiraz edən həyat yoldaşı gecə işdən çıxan zaman ona bıçaqla hücum çəkib.

Onu da qeyd edək ki, mübahisə zamanı tərəfləri sakitləşdirməyə çalışan qadının atası 1951-ci il təvəllüdlü Mübariz Alsanov da xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler