» » Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi -

Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi - Video

Bölmə: Kriminal
Postda maşını yol polisinin üstünə sürən sürücü həbs edildi -
Srağagün stasionar postda bir sürücü yük avtomobilini polislərinin üzərinə sürüb.

Avtosfer.az-ın xəbərinə görə, hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılıb və sürücü saxlanılıb.

Məlum olub ki, “Mercedes” markalı yük avtomobilini idarə edən Laçın rayon sakini Novruzov Əlisultan Ələmşad oğludur.

O, mal-qara daşıdığı həmin yük avtomobili ilə Bərdə rayonu istiqamətində hərəkətdə olarkən yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib, lakin sürücü polisin əmrinə tabe olmayaraq hərəkəti davam etdirib.

DYP-nin stasionar postunda dayanan yol polislərini aldadaraq və onlardan birinin üzərinə avtomobili sürərək dayanmadan hərəkəti davam etdirib. Onu təqib edən patrul avtomobilinə də qəza şəraiti yaradıb, hətta maşını polis avtomobilinin üzərinə sürüb. Lakin polis əməkdaşlarının səyi nəticəsində onun idarə etdiyi avtomobil saxlanılıb.

Məhkəmənin qərarı ilə sürücü Əlisultan Novruzov İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıqda təqsirli bilinərək 15 gün inzibati həbs edilib və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler