» » "Bu iş mənə dərs oldu"- nazir qardaşı ilə vəkil arasında gərginlik


"Bu iş mənə dərs oldu"- nazir qardaşı ilə vəkil arasında gərginlik

Bölmə: Kriminal
"Bu iş mənə dərs oldu"- nazir qardaşı ilə vəkil arasında gərginlik
Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə növbəti prosesi keçirilib.

Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə məhkəmə istintaqı yenilənməklə cinayət işi məhkəmə prosesi davam edir.

Prosesdə təqsirləndirilən S.Nəbiyev ifadə verməkdən imtina edib.

Bu səbəbdən məhkəmədə Əlikram Camalovun oğlu Əkbər Camalov şahid kimi ifadə verib.

Əkbər Camalov deyib ki, atası sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Atası Samir Nəbiyevə də pulu işbirliyi məqsədi ilə verib.

Onun sözlərinə görə, 2015-ci ilin noyabr ayında Samirə 11 min dollar verilib, həmin puldan 3 min 600 manat qaytarıb. Sonradan Samir Nəbiyevlə şahidlərin iştirakı ilə müqavilə bağlanıb.

Müqaviləni nazirin qardaşı oğlu ilə Samir Nəbiyev imzalayıb.

Həmin müqaviləyə görə, 6 ay ərzində pul qaytarılmalı, həmçinin aylıq da əlavə olaraq, 1250 dollar verilməliydi.

Samir Nəbiyevin vəkili Ceyhun Yusifov Əkbər Camalovdan soruşub ki, atası pulu sələmlə vermişdi? Aylıq 1250 dollar alınmasının səbəbi nə olub?

Əkbər Camalov cavabında bildirib ki, sələm söhbəti olmayıb. Samir Nəbiyev qazancından onun atasına da verməli imiş.

İcarə əsasında elektrik avadanlıqları mağazasını işlədən Samir Nəbiyev isə ifadəsində bildirib ki, nazirin qardaşı ona 2015-ci ilin noyabrında pulu manatla verib.

Samir Nəbiyevlə yanaşı mağaza işlədən Arzu Mərdanov da məhkəmədə şahid qismində dindirilib. O, hadisənin əsas şahidlərindəndir.

O deyib ki, Əlikram Camalovla Samir Nəbiyevin söhbətindən xəbəri olub.

Amma pul onun yanında verilməyib. Nazirin qardaşı pulu birgə iş görməkdən ötrü verib. Yəni qazancdan Samir ona da verməliydi.

Məhkəmədə Samir Nəbiyevin vəkili Ceyhun Yusifovla Əlikram Camalov arasında gərginlik yaşanıb. Vəkil nazirin qardaşının onu hədələdiyini, bu səbəbdən həyatına təhlükə yarandığını deyib.

Camalov isə müdafiəçinin yalan danışdığını söyləyib: "Bir daha deyirəm, mən pulu iş görmək üçün vermişdim. Amma bu iş mənə dərs oldu. Bir də belə bir işə əl qoymaram”.

Məhkəmə avqustun 30-da davam edəcək.

Xatırladaq ki, bu iş üzrə məkəmə istintaqı başa çatmış, dövlət ittihamçısı Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Lakin məhkəmənin hökm elan edəcəyi gözlənilən gün Samir Nəbiyevin vəkili Ceyhun Yusifovun vəsatəti təmin edilərək işə yenidən baxılması ilə bağlı qərar qəbul edildi.

Rəsmi ittihama görə S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimirayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş.

Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib.

Nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir.

Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib.

S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler