Avtobus sürücüsünə silah çəkənin atası polis zabitidirBakıda avtobus sürücüsünə silah çəkən şəxs tutulub. "Xalqinfo" APA-ya istinadən xəbər verir ki, 7-ci polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində 29 yaşlı Orxan Cəmil oğlu Orucov ötən gün axşam saatlarında tutularaq istintaqa təhvil verilib. Saxlanılarkən ondan hadisədə istifadə etdiyi qaz tapançası da götürülüb. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir. Xatırladaq ki, O. Orucovun atası sabiq polis zabitidir. Qeyd edək ki, avqustun 18-də saat 20 radələrində A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minən naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlib. Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyənləşib. Faktla bağlı cinayət işi başlanılıb. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|