» » Polis mayorunun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olunub

Polis mayorunun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olunub

Bölmə: Kriminal
Polis mayorunun ölümünə səbəb olan sürücü məhkəmə zalında həbs olunub
Polis mayorunun öldüyü qəzaya görə təqsirləndirilən şəxs qismində hakim qarşısına çıxarılan Samir Cəfərov məhkəmə zalında həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan avtomobil qəzası törətməkdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən təqsirləndirilən və ev dustaqlığında olan Samir Cəfərov 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib. İki uşaq atası olan S.Cəfərov həm də ikinci qrup əlildir.

Qeyd edək ki, avtomobil qəzası Xaçmazda baş verib. Samir Cəfərovun idarə etdiyi “VAZ 21015” markalı maşınla yolun əks tərəfindən gələn "VAZ 2106” markalı maşın toqquşub. "VAZ 2106”-da olan rayonun Müşkür kənd sakini 1964-cü il təvəllüdlü Dəmir Yol Nəqliyyatında Baş Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşı, mayor Məmmədov Cəfər Abbas oğlu və Ağdam rayon sakini, 1971-ci il təvəllüdlü Yarəliyev Allahverən Zülfüqar oğlu ölüb.

Qəza zamanı həbs edilən Samir Cəfərov və qardaşı Cavid Cəfərov isə xəsarət alıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler