» » Sevgilisi ilə birlikdə atasını döyüb bıçaqladı -

Sevgilisi ilə birlikdə atasını döyüb bıçaqladı - Göygöldə tükürpədən hadisə

Bölmə: Kriminal
Sevgilisi ilə birlikdə atasını döyüb bıçaqladı -
Göygöl rayonunda 25 yaşlı qız sevgilisi ilə birlikdə atasını döyərək bıçaqlayıb.

Xalqinfo” Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1969-cu il təvəllüdlü Budaq Vəli oğlu Abdullayev traktorçu işləmək üçün Şəmkir rayonuna gedib.

Atasının evdə olmamasından istifadə edən 25 yaşlı Qızbəsti Abdullayeva isə sevgilisini yaşadığı evə gətirib. Lakin, traktorda nasazlıq olduğu üçün qızın atası evə tez qayıdıb və qızını yatağ otağında sevgilisi ilə birlikdə görüb. Bu zaman ata və qızı arasında mübahisə yaranıb. Mübahisə zəmnində

Q.Abdullayeva sevgilisi ilə birlikdə atasını döyüb. Sonra o mətbəx bıçağı ilə atasına çoxsaylı zərbələr endirib və sevgilisi ilə birlikdə hadisə yerindən qaçıb.

Çoxlu qan itirən B.Abdullayev qonşuların köməkliyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin ağırlaşdığı üçün Gəncə şəhər

Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda əməliyyat olunan yaralının vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən şəxs isə Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler