» » Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum oldu - Yenilənib

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum oldu - Yenilənib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum oldu - Yenilənib
Göygöldə iki qadın qətlə yetirilib.

Xalqinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində baş verib.

Bir qadın başı kəsilərək qətlə yetirilib. Digəri isə yaralı vəziyyətdə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, öldürülən qadınların ana və qızı olduğu məlum olub.

Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.

***

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası, həm də xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.

Məlumata görə ailənin iki övladı var.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler