Nazir qardaşının işində gözlənilməz qərar - YenilənibBölmə: Kriminal
Samir Nəbiyev məhkəməsində gözlənilməz qərar elan edilib. Məhkəmədə S.Nəbiyevin vəkili Ceyhun Yusifov çıxış edib. O, məhkəmə istintaqının təzələnməsini məhkəmədən xahiş edib. Hökm elan edəcəyi gözlənilən məhkəmə, vəsatəti təmin edib. İşə məhkəmə istintaqı təzələnməklə yenidən baxılacaQ. Məhkəmə avqustun 16-na təyin edilib. *** Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova qarşı dələduzluq etməkdə təqdirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirlən şəxs son sözlə çıxış edəcək. Məhkəmənin müşavirədən sonra hökmü elan edəcəyi gözlənilir. Bildirək ki, prokuror Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, S.Nəbiyev müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalova birgə biznes qurmaq təklifi edib. S.Nəbiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. İttihama görə, S.Nəbiyev Ə.Camalovdan icarəyə götürüb işlətdiyi Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən “Brend Elektrik” elektrik avadanlıqları satışı mağazasına yatırım etməyi təklif edib. Qazancı isə yarı böləcəklərmiş. Ə.Camalov onunla razılaşıb və Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən ofisdə S.Nəbiyevə 2015-ci il noyabrın 3-də 18 min manat, 2016-cı il fevralın 1-də isə 3 min 993 manat (2500 dollar) pul verib. Ancaq S.Nəbiyevin devalvasiyadan sonra biznesi iflasa uğrayıb və şərikinin pulunu qaytara bilməyib. Bildirək ki, nazir qardaşı Əlikram Camalov "Hacı Camalxan" kəndli fermer təsərrüfatının təsisçisi və sahibidir. Vəkil Ceyhun Yusifov isə son çıxışında bildirib ki, nazir qardaşı Samir Nəbiyevə 18 min manatı sələmə verib. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|