» » 3 uşaq atası arvadını döyüb üzünü şüşə ilə kəsdi

3 uşaq atası arvadını döyüb üzünü şüşə ilə kəsdi

Bölmə: Kriminal
3 uşaq atası arvadını döyüb üzünü şüşə ilə kəsdi
Goranboyda ər arvadına ağır xəsarət yetirib.

Xalqinfo” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xınalı kəndində baş verib.

Belə ki, kənd sakini, 1976-ci il təvəllüdlü Amil Vahid oğlu Abdullayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü Samirə Vəraşil qızı Nabiyevanı küçədə döyüb, daha sonra üz və baş hissəsini şüşə qırıntısı ilə kəsib. Yaralı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. A.Abdullayev isə hadisə yerindən qaçıb.

Hazırda Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları A.Abdullayevi axtarır.

Qeyd edək ki, ailənin 3 övladı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler