» » “Gelandewagen”in ötüşdüyü maşının nazir qardaşın olması xəbəri yalan çıxdı - Rəsmi açıqlama

“Gelandewagen”in ötüşdüyü maşının nazir qardaşın olması xəbəri yalan çıxdı - Rəsmi açıqlama

Bölmə: Kriminal, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET
“Gelandewagen”in ötüşdüyü maşının nazir qardaşın olması xəbəri yalan çıxdı - Rəsmi açıqlama
Bakıda “Mercedes Gelandewagen”in törətdiyi dəhşətli qəza və onun ağır nətiqcələri cəmiyyətdə və sosial şəbəkələrdə geniş müzakirə olunur.

“Xalqinfo” xəbər vermişdi ki, baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus 10-PP-203 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen”lə törədilmiş qəza nəticəsində iki nəfər həlak olub, daha iki nəfər isə yaralanıb.

Mətbuatda və sosial şəbəklərdə gedən müzakirələrdə qəzaya səbəb kimi “Mercedes Gelandewagen”in “Mazda” markalı avtomobillə ötüşməsi göstərilir və iddia edilir ki, ikinci avtomobilin sürücüsü fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub.

İddialar barədə danışan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov BakuPost.az-a bildirib ki, “Mazda”nın sürücüsünün kimliyi istintaqa məlumdur və haqqında cinayət işi açılıb, istintaq gedir:

“Ağır yol nəqliyyat hadisəsinin bütün təfərrüatları araşdırılacaq və qanun çərçivəsində hüquqi qiymət veriləcək”.

E. Zahidov “Mazda”nın sürücüsünün K. Heydərovun qardaşı olması xəbərini təkzib edib:

“Bu yalan məlumatdır, şayiədir. Həmin avtomobil Səməd Heydərova məxsus deyil”.

“Gelandewagen”in ötüşdüyü maşının nazir qardaşın olması xəbəri yalan çıxdı - Rəsmi açıqlama

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler