» » Polkovnik ittihamları qəbul etmədi

Polkovnik ittihamları qəbul etmədi

Bölmə: Kriminal
Polkovnik ittihamları qəbul etmədi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə hörə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxsin vəkili Fazil Nehmətov müdafiə çıxışı edib. O, müvəkkilinə bəraət hökmü verilməsini istəyib.

Son söz deyən polkovnik M.Əsgərov günahsız olduğunu və ittihamları qəbul etmədiyini bildirib və barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Hakimlər kollegiyası hökmü elan etmək üçün müşavirəyə çıxıb, proses avqustun 7-də davam etdiriləcək.

Qeyd edək ki, dövlət ittihamçısı çıxış edərək M.Əsgərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler