» » Nazir qardaşı ilə bağlı məhkəmə təxirə salındı

Nazir qardaşı ilə bağlı məhkəmə təxirə salındı

Bölmə: Kriminal
Nazir qardaşı ilə bağlı məhkəmə təxirə salındı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə müdafiə çıxışı mərhələsi başlayıb.

S.Nəbiyevin vəkili Ceyhun Yusifov çıxışa hazır olmadığını bildirib və məhkəmədən vaxt istəyib. Proses avqustun 9-da davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək Samir Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, zərərçəkmiş Əlikram Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı, "Hacı Camalxan" Kəndli Fermer Təsərrüfatının təsisçisi və sahibidir. S.Nəbiyev nazir qardaşından 21 min 993 manat alaraq qaytarmamaqda ittiham edilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler