» » Paytaxtda fəaliyyət göstərən bir sıra bağçalarla bağlı xoşagəlməz xəbərlər səslənir

Paytaxtda fəaliyyət göstərən bir sıra bağçalarla bağlı xoşagəlməz xəbərlər səslənir

Bölmə: Kriminal
Paytaxtda fəaliyyət göstərən bir sıra bağçalarla bağlı xoşagəlməz xəbərlər səslənir

Xüsusilə də valideynlər bəzi bağçalarda ümumi ab-havanın yaxşı olmadığını bildirirlər. Belə ki, redaksiyamıza verilən məlumata görə, Xətai rayonunda yerləşən 315 saylı uşaq bağçasında özbaşınalıq, qeyri-qanuni hallar yaşanır. Verilən məlumata görə, sözügedən təhsil müəssisəsi uşaqları bağçaya götürən zaman fırıldaqlığa yol verir. Belə ki, əvvəlcə bağçada yer olmadığını bildirən bağça direktoru valideyndən şirinlik alandan sonra bağçada uşaq üçün yer tapılır. Bu yolla bütün uşaqları bağçaya götürən müdirə bundan başqa bir sıra qanunsuz əməllərə yol verir. Deyilənə görə, uşaqları vaxtından tez bağçadan buraxır.

Uşaqların qidalanmalarına fikir vermir. Dövlət tərəfindən ayrılan məhsulların arxasına keçən müdirə uşaqları keyfiyyətsiz qidalarla təmin edir. Valideynlər bildirir ki, uşaqları bağçaya göndərərkən yemək üçün hər şey qoyuruq: "Çünki uşaqlar elə vəziyyətdə evə gəlirlər ki, elə bil onlara orada ümumiyyətlə, orada heç nə vermirlər. Əksər vaxtlarda uşaqlara nahara bulka, evə gələndə isə meyvə verirlər. Vəssalam. Bulka və meyvə ilə necə qidalanmaq olar? Özünüz düşünün". Bundan başqa valideynlərin verdiyi məlumata görə, baxçanın mətbəxi gigiyenik tələblərə cavab vermir. Bağçanın mətbəxində antisanitariya hökm sürür. Uşaqlara yemək hazırlayan şəxslər isə mətbəxdən uzaq olan adamlardır. Hər yoldan ötəni mətbəxə aşbaz kimi götürürlər. Belə şəxslər isə xörək hazırlayarkən standartlara əməl etmirlər. Odur ki, bağçalarda tez-tez zəhərlənmə halları baş verir. Hətta uşaqlara vaxtı ötmüş məhsulların verildiyi bildirilir. Bu isə birbaşa uşaqların sağlamlığı ilə oynamaqdır. Sabah həmin uşaqlardan birinin səhhətində problemlər yaranarsa, Nazilə Həsənova cavab verə biləcəkmi?

Bundan başqa, mənbənin bildirdiyinə görə, başda bağçanın müdirəsi Nazilə Həsənova olmaqla yanaşı, digər tərbiyəçilər uşaqlarla kobud rəftar edirlər. Hətta bizə verilən məlumata görə tərbiyəçi uşağa qarşı kobud rəftar edərkən valideyn üstünə çıxıb. Müdirəyə şikayət bildirsə də, Nazilə Həsənova tərbiyəçini müdafiə edib.

Bundan başqa sözügedən tərbiyə ocağında istilik sistemi normal fəaliyyət göstərmir. Nazilə Həsənova bundan xəbərdar olsa da, heç bir tədbir görmür. O səbəbdən uşaqlar tez-tez xəstələnib bağçaya gələ bilmirdilər. Bir yandan soyuq, digər yandan isə keyfiyyətsiz qidalar uşaqların immunitetini aşağı salaraq xəstələnmələrinə səbəb olub.

Etdiyimiz məlumata görə, Həsənova bağçaya normadan artıq uşaq qəbul edir.

Qeyd edək ki, 315 saylı uşaq bağçası ötən ilin oktyabr ayında əsaslı təmirdən çıxıb. 1976-cı ildən fəaliyyət göstərən bağçada "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair" Dövlət Proqramına uyğun olaraq, 2012-ci ilin iyulundan əsaslı yenidənqurma işlərinə başlanılıb. Bağçada 1 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 20 nəfər mütəxəssis məşğul olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler