» » Fakt təsdiqini taparsa həmin müəlim işdən azad ediləcək -


Fakt təsdiqini taparsa həmin müəlim işdən azad ediləcək - Video

Bölmə: Kriminal, BLOK XƏBƏR
Fakt təsdiqini taparsa həmin müəlim işdən azad ediləcək -

Bakının Sabunçu rayonunda yerləşən 331 saylı tam orta məktəbdə döyülmə hadisəsi qeydə alınıb. Valideynlər deyr ki, 10 yaşlı övladıları Fərid Babaşzadə ötən gün 6-cı dərs saatında idman müəllimi Firdovsi tərəfindən döyülüb. Və hazırda 5-ci sinif şagirdi evdə yataq xəstəsinə çevrilib. Fəridin özünün dediyinə görə, müəllimi idman dərsində ona topa əl vurmamağı tapşırıb. O, Bilmədən topa əl vurduğunu deyən şagird, müəllim tərəfindən şiddətə məruz qaldığını dedyir. Və nəticədə müəllimi tərəfindən döyülüb. O, başından və ayaq nahiyyəsindən ağır zərbə alıb.
“Məktəbin idman müəllimi mənin yaxamdan tutub sürüdü, sonara bunu görən Orxan adlı sinif şagirdi məni lağa qoydu. Mən onunla dalaşdım. Bu zaman idman müəllimi gəlib bizi bir-birimizə vurdu” – deyə zərərçəkmiş qeyd edib.
Valideynlər isə hadisədən gec xəbər tutduqlarını deyirlər. Onlar məktəbdən gələn övladlarını dərhal xəstəxanaya çatdırıblar. Fəridin anası Gülnar Babaşzadə deyir ki, onun övladı qan çatışmazlığından əziyyət çəkir. Bunun üçün də dəfələrələ məktəb rəhbərliyinə müraciət edib ki, Fərid idman dərsində iştirak etməsin. Ancaq buna məhəl qoyan olmayıb. Övladı döyüləndən sonra o, Firdovsi müəlimlə söhbət etmək istəyib. Müəllim isə valideynlərə əcəb etmişəm gedin hara istəyirsiniz şikayət edin deyə cavab verib. Bütün bunlar valideynin sözləridir.
Deyilənlərə aydınlıq gətirmək üçün ilk olaraq məktəbin müvəqqəti yerləşdiyi ünvana üz tutduq. Əvvəlcə təhsil ocağının direktor müavinləri faktı təkzib etdilər. Və valideynlərlə müavin arasında mübahisə baş verdi.
Daha sonra adıçəkilən idman müəllimi Firdovsi müəllimlə görüşməyə cəhd etdik. Qapı arxasında o, bizə açıqlama gətirdi ki, o, şagirdi Fəridi heç də döyməyib. Sadəcə dərs zamanı şagirdlər arasında mübahisə düşdüyündən onları ayrıb.
Bundan sonra üz tutduq məktəb direktoru Esmira Muradovanın yanına. O, təsdiq etdi ki, valideynlər uşağın idman dərsindən azad olması ilə bağlı ona müraciət edib. Sadəcə tibbi arayış hələlik gətirilmədiyindən bu mümkün olmayıb. Qaldı kı, şagirdin müəllimin tərəfindən döyüb-döyməməsinə.
Məktəb direktoru Esmira Muradova deyir ki, gecə saat 10 radələrində valideyin mənə zəng edib ki, bəs uşağın vəziyyəti belədir: “Uşğımı müəllim döyüb. Dərhal mən müəllimlə əlaqə saxladım və valideynin telefon nömrəsinin müəllimə verdim. Müəllim isə ittihmları rədd edir. Artıq məsələ ilə bağlı təqdimat hazırdır. Təqdimat Daxili Nəzarət Şöbəsinə və Bakı Şəhər Təhsil İdarəsinə göndəriləcək. Sonda onlar məsələ ilə bağlı yekum qərara gələcəklər”.
Bundan başqa direktor onuda bildirdi ki, Firdovsi müəəlimdən 8 ildir ki, fəaliyyəti dövründə şikayət olunmayıb. Əgər fakt təqsdiqini taparsa, o, işdən azad ediləcək. Artıq valideynlər faktla bağlı polisədə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırma aparılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler