» » Generalların bazarı müzakirə edildi -

Generalların bazarı müzakirə edildi - Akif Çovdarovun məhkəməsi

Bölmə: Kriminal
Generalların bazarı müzakirə edildi -
Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xalqinfo.az xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 8-ci kilometr bazarı ("Vosmoy" bazarı) epizodu üzrə sənədlər tədqiq edilib.

Bildirək ki, bazarın 50 faizi A.Çovdarova, digər 50 faizi isə Eldar Mahmudovun müavini olmuş general Hilal Əsədovun arvadına aıddir.

Bu epizod üzrə zərərçəkmişlərin, təqsirləndirilən şəxslərin və vəkillərin fikirləri dinlənilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler