» » Sabiq rəisin arvadı apellyasiya şikayəti verib

Sabiq rəisin arvadı apellyasiya şikayəti verib

Bölmə: Kriminal
Sabiq rəisin arvadı apellyasiya şikayəti verib
Dələduzluqda təqsirləndirilən sabiq polis rəisinin arvadı Leyla Əkbərovanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Xalqinfo”nun "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, şikayət icraata götürülüb və ilk baxış iclası iyulun 26-na təyin edilib.

Proses Bakı Apellyasiya Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə davam etdiriləcək.

Qeyd edək ki, L.Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlər Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. Bu hadisədən sonra polis sistemindən uzaqlaşdırılıb. Hazırda onunla bağlı saxta sənəd hazırlama və dələduzluq maddələri ilə cinayət işi ayrıca icraata verilib.

L.Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimdəməkdə ittiham edilir. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə L.Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler