» » Maşallah Əhmədovla bağlı hökm dəyişdi -

Maşallah Əhmədovla bağlı hökm dəyişdi - 6 il azaldıldı

Bölmə: Kriminal
Maşallah Əhmədovla bağlı hökm dəyişdi -
Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış futbolçu Maşallah Əhmədovun barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo”nun "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara, əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. M.Əhmədov barəsindəki 8 il azadlıqdan məhrum etmə cəzası 2 ilə endirilib.

Qeyd edək ki, ittihama görə, M.Əhmədov tikinti materiallarının alveri üçün və işə düzəltmə adı ilə dələduzluq edərək bir neçə nəfərdən 350 min manat alaraq mənimsəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler