» » Azərbaycanlı ailə Rusiyada yanaraq öldü - Adlar + yenilənib

Azərbaycanlı ailə Rusiyada yanaraq öldü - Adlar + yenilənib

Bölmə: Kriminal, MANŞET
Azərbaycanlı ailə Rusiyada yanaraq öldü - Adlar + yenilənib
Rusiyada bir ailə yanğın zamanı məhv olub.

Xalqinfo” rus KİV-nə istinadən xəbər verir ki, Krasnoyarsk vilayətinin Suxobuzimsk qəsəbəsi yaxınlığında qeyri-yaşayış sahəsində baş verən yanğında 4-ü uşaq olmaqla, bir ailənin 5 üzvü yanaraq ölüb.

Məlumata görə, ailənin daha iki üzvü-ana,1 uşaq isə dəm qazında zəhərləndiyinə və yanıq xəsarəti aldığına görə xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, yanğın baş verən zaman ana evdə olmayıb.

***

Krasnoyarsk diyarı Azərbaycan Milli Mədəni Muxtariyyətindən APA-ya verilən məlumata görə, ailənin başçısı Azərbaycan vətəndaşı, 1980-cı il təvəllüdlü İlyasov Vüqar Tahir oğlu, onun ailə üzvləri - 2007-ci il təvəllüdlü İlyasov Həsən Vüqar oğlu, 2011-ci il təvəllüdlü İlyasov Ümid Vüqar oğlu, 2014-cü il təvəllüdlü İlyasov Fərid Vüqar oğlu və 2016-cı il təvəllüdlü İlyasova Xədicə Vüqar qızı yanğının qurbanı olub, 2004-cü il təvəllüdlü İlyasov Hüseyn Vüqar oğlu isə yanıq və dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onların meyitləri sabah Azərbaycana göndərilərək Şəmkir rayonunda dəfn olunacaq.

İlkin ehtimala görə, yanğın sobadan düşən alovdan baş verib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler