» » Bərdədə dəhşətli qətl: kişi arvadını və övladlarını yatan yerdə...

Bərdədə dəhşətli qətl: kişi arvadını və övladlarını yatan yerdə...

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bərdədə dəhşətli qətl: kişi arvadını və övladlarını yatan yerdə...
Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

“Report”un bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb.

Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler