» » Bakıda yeniyetmələrin quldur dəstəsi saxlanıldı

Bakıda yeniyetmələrin quldur dəstəsi saxlanıldı

Bölmə: Kriminal
Bakıda yeniyetmələrin quldur dəstəsi saxlanıldı
Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Xalqinfo” Teleqraf.com-a istinadən xəbər verir ki, rayonun Cavadxan küçəsində 3 naməlum şəxs Bakı şəhər sakini Tural Quliyevin qarşısını kəsib.

Onlar Tural Quliyevi döyərək 170 manatını və 2 ədəd mobil telefonunu alıblar. Cinayəti törədənlər hadisə yerini tərk ediblər.

Zərərçəkmiş Tural Quliyev aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi məlumatlandırılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini olan bir yeniyetmə tutulub. Cinayətin daha iki iştirakçısının isə şəxsiyyəti müəyyən edilərək həbs ediliblər.

Faktla bağlı cinayət işi başlanıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler