» » Bakıda itən içi qızıl dolu “mişka” hardadır?

Bakıda itən içi qızıl dolu “mişka” hardadır?

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda itən içi qızıl dolu “mişka” hardadır?
Xəbər verdiyimiz kimi, Bakıda içi qızılla dolu oyuncaq axtarılır.

Xalqinfo”nun Sputnik Azərbaycan-a istinadən məlumatına görə, sözügedən oyuncağın içərisində 4 min manat dəyərində qızıl-zinət əşyaları gizlədilibmiş və o, hələ də tapılmayıb.

Bu barədə Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsinə Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Emil Xudayev müraciət edib. Cavan oğlan bildirib ki, iyulun 19-da saat 18:45-də onun anası, 1962-ci il təvəllüdlü Diana Vəliyeva 3 nömrəli marşrut avtobusuna minib və Mərdanov qardaşları küçəsindəki 109 nömrəli binanın qabağında düşüb.

Vəliyeva 4 min manat dəyərində qızıl-zinət əşyalarını gizlətdiyi oyuncaq ayını da özü ilə götürübmüş. Qadın oyuncağı avtobusda unudub. Əvvəlcə şikayətçilər ayını əlavə yardım olmadan tapmağa çalışıblar. Onlar həmin avtobusun sürücüsünə və hətta bir neçə sərnişinə müraciət ediblər. Sərnişinlər oyuncağı balaca bir oğlanın əlində gördüklərini deyiblər. Yəqin ki, oğlan oyuncağı özü ilə evlərinə aparıb.

Polisdən bildiriblər ki, hazırda onlar bahalı oyuncağı tapmaq üçün hərəkətə keçiblər. Asayiş keşikçiləri güman edirlər ki, ayının yeni sahibləri hələ də onun içində nə olduğunu bilmirlər. Ola bilsin, oğlan oyuncağı küçədə yerə atıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler