» » Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - Foto

Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - Foto

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - Foto
Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

"Xalqinfo" Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə bu gün “Beş mərtəbə” dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi “BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə müdaxilə edən sürücü Anar Şükürov tutulub.

Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə flomasterlə “S” hərfini artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub.

Belə ki, o, bu hərəkəti ilə nömrə nişanını standartdan kənar vəziyyətə gətirib. EX seriyasını “SEX” kimi göstərən sürücü saxlanılaraq avtomobili cərimə meydançasına salınıb

Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - Foto
Bakıda maşının nömrə yerinə “seks” yazan sürücü yaxalandı - Foto

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler