» » QHT rəhbərinin qardaşının məhkəməsi oldu -

QHT rəhbərinin qardaşının məhkəməsi oldu - Atasını yandırıb...

Bölmə: Kriminal
QHT rəhbərinin qardaşının məhkəməsi oldu -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını diri-diri yandırıb öldürməkdə təqsirləndirilən İlyas Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə ilkin hazırlıq iclası baş tutub.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İ.Mehdiyev özünü təqsirli bildiyini deyib və atasını yandıraraq öldürdüyünü etiraf edib.

Məhkəmə prosesi iyulun 24-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il yanvarın 31-də Maştağa qəsəbəsində baş verib. Axşam saatlarında 80 yaşlı İmdad Mehdiyev oğlu, 31 yaşlı İlyas Mehdiyevlə ailə münaqişəsi zəminində mübahisə edib. O, atasında pul tələb edib, amma pulu olmayan ahıl kişinin oğlu ilə davası düşüb. İçkili olan İlyas Mehdiyev atasının üstünə benzin tökərək, onu və evi yandırıb.

80 yaşlı İmdad Mehdiyev Əfv Komissiyasının üzvü, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler