» » Taksi sürücüsünü aldadıb maşınını qaçırdı -

Taksi sürücüsünü aldadıb maşınını qaçırdı - Bakıda

Bölmə: Kriminal
Taksi sürücüsünü aldadıb maşınını qaçırdı -
Bakının Nəsimi rayonu ərazisində quldurluq hadisəsi baş verib.

Xalqinfo.az xəbər verir ki, naməlum şəxs iyulun 19-da, gecə saat 01.00-da Balakən rayon sakini Elçin Dəmirovun idarə etdiyi “Opel” markalı avtomobilə sərnişin qismində oturub. O, taksi sürücüsünə Qobustan qəsəbəsinə gedəcəyini bildirib. Qobustan qəsəbəsi ərazisində həmin şəxs sürücünü aldadaraq düşürüb və avtomobili qaçırıb.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Şamaxı rayonu ərazisində saxlanılıb.

Avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Baxışov həbs edilib.

Elnur Baxışovun əvvəllər məhkum olunduğu bildirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler