» » Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etməyib

Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etməyib

Bölmə: Kriminal
Ali Məhkəmə Akif Çovdarovun şikayətini təmin etməyib
Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan idarə rəisi, generalı Akif Çovdarovun kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl A. Çovdarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib. Məhkəmə bu iddia üzrə icraatı A. Çovdarov barəsində məhkəmə hökmü elan edilənə kimi dayandırıb. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvəsində saxlayıb.

Qeyd edək ki, A. Çovdarov və digərlərinin cinayət işi üzrə hazırda Sabunçu rayon Məhkəməsində məhkəmə prosesi davam edir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler