» » Lənkəranski ilə bağlı mahnı istədi, icazə yox idi...

Lənkəranski ilə bağlı mahnı istədi, icazə yox idi...

Bölmə: Kriminal
Lənkəranski ilə bağlı mahnı istədi, icazə yox idi...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gecə klubunda müştərini öldürməkdə təqsirləndirilən Vüsal İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahid ifadə verib.

Hadisə baş verən barda "DJ" işləyən Abdurrahman Almiyaşov deyib ki, qətl mahnı üstündə baş verib: "Mərhum Nurlan əlində bakalla mənə yaxınlaşıb Rövşən Lənkəranski ilə bağlı mahnı sifariş verdi. Mən də dedim ki, icazə yoxdur, get icazə al, sonra qoşum. Bar sahibi oğru aləminə aid mahnı səsləndirməyi qəti qadağan etmişdi. Nurlan əsəbləşdi və "bu mahnı çalınacaq" deyib getdi. Biraz sonra səs-küy düşdü, hamı bir yerə toplaşdı. Məsafə uzaq idi, görmədim".

Məhkəmə prosesi iyulun 27-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə Nizami rayonu, "Neftçilər" metro stansiyası yaxınlığında yerləşən "Arbotaj" gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü İbrahimov Vüsal Bəhir oğlu işlədiyi barda mübahisə etdiyi müştəri Tovuz rayon sakini olan, 1989-cu il təvəllüdlü Atakişiyev Nurlan Azər oğlunu bıçaqlayaraq öldürüb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler