» » Bakıda məsciddə tutulanlar var - Əli qılınclı Təzəpirə girdilər

Bakıda məsciddə tutulanlar var - Əli qılınclı Təzəpirə girdilər

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda məsciddə tutulanlar var - Əli qılınclı Təzəpirə girdilər
Bu gün Təzə Pir məscidində cümə namazı zamanı kütləvi dava olub.

Xalqinfo” xəbər verir ki, cümə namazında iştirak edən şəxslərin BakuPost.az-a verdiyi məlumata görə, hadisəyə səbəb məscidə ağ geyimli 2 şəxsin daxil olaraq, axundun xütbəsini kəsmək istəməsi olub. Hadisə şahidlərinin sözlərinə görə, namazdan əvvəl məscidə əynində kəfəni xatırladan ağ geyimli Yaşar adlı bir yaşlı kişi və bir gənc gəlib. Onun əlində qılınc olub. O, cümə namazından əvvəl söz alıb danışmaq istəyib, lakin məsciddəkilərin narazılığı ilə üzləşib və susdurulub. Daha sonra namaz qılınıb. Namazdan sonra Yaşar adlı şəxs yenidən nəsə danışmaq istəyib. Bu zaman möminlər onun üzərinə hücum çəkərək, döyməyə başlayıblar.

Yaşar şahidlərdən biri ilə söhbəti zamanı ona Allah tərəfindən vəhy verildiyini, 2 ildir ki, bunu möminlərə çatdırmaq istədiyini qeyd edib.

***

Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 26-cı Polis Bölməsinin əməkdaşları həmin şəxləri - Yaşar Əliqulu oğlu Cahangirov və Əfqan Elman oğlu Aydınovu saxlayıblar. Həmin şəxslər istintaqa təhvil veriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler