» » 8-ci sinif şagirdi müharibə veteranını qətlə yetirdi

8-ci sinif şagirdi müharibə veteranını qətlə yetirdi

Bölmə: Kriminal
Xalqinfo.az, APA-ya istinadən xəbər verirki, Xızıda qətl törədən şəxsin orta məktəb şagirdi olduğu məlum olub.
Xızı Rayon Polis Şöbəsindən verilən məlumata görə, qətli törədən Elnur Heybətovun 15 yaşı var və o, Xələc kənd orta məktəbinin 8-ci sinif şagirdidir. Qətlə yetirilən Xasməmməd Rəsulov isə Əfqanıstan veteranıdır.

Qeyd edək ki, Kənd sakini Xasməmməd Rəsulovun bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş kənd sakini Elnur Heybətov tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler