» » Sabirabadda uşaq ölümü - Baş həkim gizlədir

Sabirabadda uşaq ölümü - Baş həkim gizlədir

Bölmə: Kriminal
Sabirabadda uşaq ölümü - Baş həkim gizlədir

Son illər Azərbaycanda ana və uşaq ölümü sahəsində vəziyyət xeyli pisləşib. Əsasən də regionlarda bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Daha bir bəd xəbər isə cumhuriyyet.az-a Sabirabad rayonundan daxil olub. Belə ki, Sabirabad rayonun Qazanbatan kənd sakini Könül Cavadova 3 gün bundan əvvəl doğuşdan sonra övladını itirib.
Baş verən hadisə ilə bağlı redaksiyamıza daxil olan məlumatda göstərilir ki, körpənin ölümü həkim səhlənkarlığı və tamahkarlığın nəticəsində olub. Beləki, anaya uşağın qeysəriyyə yolu ilə dünyaya gətirilməsi təklif olunub və bütün problemlər də bu əməliyyatdan sonra yaranıb. Əməliyyatdan sonra həm ana, həm uşağın durumu pis olub. Buna baxmayaraq 2 gün sonra ana və uşaq xəstəxanadan evə buraxılıb və elə həmin gün də uşaq dünyasını dəyişib. Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırma zamanı başqa ilginc məqamlar da üzə çıxıb. Xəstənin yaxınları bildiriblər ki, K.Cavadova ağır vəziyyətdə Sabirabad mərkəzi xəstəxanasına gətirilərkən elə xəstəxananın qapısındaca onlardan 50 manat "giriş pulu" alınıb. Bundan sonra əməliyyat üçün 500 manat alınıb və "xəstəxanada olmayan" iynə üçün də 200 manat xərclənib. Həmçinin onu da öyrəndik ki, körpənin ölümündən sonra ananın yaxınları Sabirabad mərkəzi xəstəxanasına gəlib baş verənlərə aydınlıq gətirsələr də, nə baş həkim Əziz Mikayılov, nə də əməliyyatı həyata keçirən Ofeliya xanım onlarla görüşmək belə istəməyib. Sabirabad mərkəzi xəstəxanasındakı mənbəmiz onu da bildirdi ki, rayonun baş həkimi hadisəni xəstəxanadan kənarda olan fakt kimi gizlətməyə və Səhiyyə Nazirliyini bundan xəbərsiz saxlamağa çalışır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler